Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Rusiya təmsilçiləri prezident seçkilərini müşahidə etməyə buraxılmayacaq.
Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, Poroşenko İCTV telekanlının "Svoboda slovo" proqramına müsahibəsində deyib ki, Rusiya seçkilər zamanı hər vasitə ilə ölkə daxilində qarışıqlıq salmağa cəhd edəcək: "Mən yaxın günlərdə rusiyalı müşahidəçilərin seçkiləri izləməyə buraxılmaması barədə Dövlət sərhəd xidmətinə əmr verəcəyəm. Rusiyalı müşahidəçilər prezident seçkilərinin gedişini izləməyə buraxılmayacaqlar. Eyni zamanda rusiyalı müşahidəçilərin beynəlxalq qurumların da tərkibində ölkəmizə girişinə icazə verilməyəcək".
Qeyd edək ki, dünən Ali Radaya müzakirə edilmək üçün rusiyalı müşahidəçilərin seçkiləri izləməsini qadağan edən qanun layihəsi təqdim edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































