Bakıda yol qəzaları əsasən bu ərazilərdə baş verir - VİDEO

Bakıda yol qəzaları əsasən bu ərazilərdə baş verir - VİDEO

Bakı şəhərində ən çox qəzaların baş verdiyi yerlər açıqlanıb. Belə ki, 2018 ci ilin qəza təhlilləri nəticəsində məlum olub ki, şəhərdə sürətli olan yollarda qəzalar daha çox baş verir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, qəzalar ən çox Ziya Bünyadov, Heydər Əliyev, Qara Qarayev, Azadlıq, Neftçilər, Moskva prospektləri, Buzovna, Maştağa yolu, kənar dairəvi yollarda baş verib.

Ötən il baş verən qəzaların 62 % lik hissəsi isə piyada vurmaların payına düşüb. Bunun da özünə məxsus səbəbləri var.

Ümumilikdə 2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb.

Xəzərxəbər

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az