ABŞ-da dondurucu şaxtalar davam edir.
Mediainfo.az-ın riafan.ru-ya istinadən verdiyi xəbərə görə, ABŞ-da davam edən dəhşətli soyuqlar 8 nəfərin ölməsinə yol açıb. ABŞ-ın qərbində ən aşağı temperatur qeydə alınıb. İndiana, Minnesota, Miçiqan, Viskonsin, İllinoys ştatları öz tarixinin ən soyuq günlərini yaşayır. Dondurucu şaxtalar hətta qartəmizləyən maşınların da sıradan çıxmasına səbəb olub.
ABŞ-ın əhalisinin sayına görə üçüncü böyük şəhəri hesab edilən Çikaqoda 39 dərəcə şaxta qeydə alınıb. İş o yerə çatıb ki, Çikaqodakı yerli "O' Xara" hava limanında istilik boruları donub və nəticədə 2700 hava reysi təxirə salınıb. Bölgədəki məktəblər, mağazalar və digər ictimai və dövlət müəssisələri dəhşətli soyuqlarla bağlı fəaliyyətini dayandırmağa məcbur olub. Dondurucu soyuqların nə vaxta kimi davam edəcəyini isə hələlik proqnozlaşdırmaq mümkün olmur.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































