ABŞ-ın Şimali Karolina ştatında 3 yaşlı Keysi Heteuey itkin düşüb.
2 gün sonra Keysini meşədə tapıblar. Uşaq bildirib ki, iki gün ərzində bir ayı ilə gəzib və yırtıcı ona toxunmayıb. Valideynləri övladlarını sağ tapdıqları üçün sevinsələr də, mətbuat əslində uşağın ayı yox, yeti, yəni qar adamı ilə birlikdə olduğunu iddia ediblər.
Keysi nənəsinin evi yaxınlığında oynayarkən itkin düşüb. Onu axtaranda isə yaxınlıqdakı meşəyə getdiyi ehtimal edilib. Yüzlərlə könüllü axtarışlara qoşulub. Meşənin üstündə helikopterlər də uçuşlar edib. Amma iki sutka uşağı tapan olmayıb. Hava çox soyuq olduğu və ikinci gün güclü yağış yağdığı üçün həyəcan daha da artıb.
Amma xoşbəxtlikdən iki gün sonra yerli sakin Liza Freker meşədə iti ilə gəzərkən ağlayan uşaq səsi eşidib. O, tikanlı kollara ilişib qalan Keysini tapıb. Tezliklə uşaq xəstəxanaya aparılıb və vəziyyətinin normal olduğu üzə çıxıb.
Amma Keysi onlara bildirib ki, bu iki gün ərzində bir ayı ilə gəzib. Bəs niyə ayı uşağa toxunmayıb? Yerli ayılar bu ərazidə qış yuxusuna getmirlər və qış olduğu üçün qida da çox azdır. Köməksiz uşaq isə ayı üçün yem sayılır.
Tədqiqatçılar isə bunun ayı yox, yeti olduğunu qeyd edirlər. Birincisi, yüzlərlə könüllüdən heç biri meşədə ayı izinə rast gəlməyib. Şimali Karolina meşələrində bəzən qara ayılar görünsə də, sözügedən ərazidə onları heç kəs görməyib. İkincisi, Keysi ayını sadəcə çizgi filmlərində və kitablarda görüb. Bu səbəbdən ayı ilə yetini dəyişik salıb.
Bundan başqa real ayı həqiqətən də uşağı parçalayardı və iki sutka onunla meşədə gəzməzdi. Çünki Şimali Karolinada ayıların insanlara hücum edərək öldürdüyü barədə kifayət qədər faktlar var.



Ölkə.Az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































