Maştağada yaşayan Araz Anar oğlu Cəlilov yanvarın 27-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Oğlanın atası Anar Cəlilov baku.vvs-ə məlumat verib ki, Araz sınaq imtahanına getmək adı ilə evdən çıxıb. Lakin o, imtahana girməyib.
"Onu axırıncı dəfə Sabunçu dairəsi, "Koroğlu" metrosu yaxınlığında görüblər. Bu barədə polisə məlumat vermişəm. Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsində oğlumun axtarışlarına başlandığı deyilir", - deyə Anar Cəlilov bildirib.
Qeyd edək ki, evdən çıxarkən Arazın əynində qısa gödəkçə və cins şalvar və üstündə məktəbli çantası olub. Atasının sözlərinə görə, oğlanın mobil telefonu olmayıb.
"Heç bir problemi olmayıb. Uşağın xəstəliyi, yaxud narahatlığı yoxdur. Kiminləsə heç bir problemim, yaxud düşmənçiliyim yoxdur".
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































