Ötən gün Rusiyada Surqut-Moskva reysi ilə uçan sərnişin təyyarəsini qaçıran və Əfqanıstana uçmağı tələb edən Pavel Şapovalov barəsində cinayət işi qaldırılıb. Ona qarşı hava gəmisini qaçırmaq barədə rəsmi ittiham irəli sürülüb.
İstintaq 41 yaşlı Şapovalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmədə vəsatət qaldıracaq.
Müstəntiqlərin bildirdiyinə görə, uçuş zamanı Şapovalov pilot kabinəsinə keçmək istəyib. O, üzərində silah olduğunu deyərək uçuş kursunun dəyişdirilməsini tələb edib. Komandir təyyarəni təcili Xantı-Manskiyskdə endirib. Baxış zamanı Şapovalovun üzərində silah və ya partlayıcı aşkar olunmayıb.
Lakin stüardessalar jurnalistlərlə söhbətdə deyiblər ki, Şapovalov pilot kabinəsinə keçməyə cəhd etməyib. O, stüardessalardan birinə yaxınlaşaraq üstündə silah olduğunu deyib və təyyarənin istiqamətini dəyişməyi tələb edib. Sonra yerinə keçib və yatıb. Digər sərnişinlər ümumiyyətlə baş verənlərdən xəbərsiz olublar. Şapovalovun barəsində psixoloji ekspertiza təyin olunub, onun qeyri-adekvat olduğu bildirilir. Dindirmə zamanı o, psixiatrda uçotda olduğunu deyib.
İstintaq Komitəsi Şapovalovun dindirilməsinin kadrlarını yayıb. Orada bu şəxs etiraf edir ki, "Əfqanıstana uçmaq istəyirdi". Bəs nəyə görə təyyarəni həmin ölkəyə döndərməyi tələb etdiyi haqda suala isə belə cavab verib ki, "hər şey ilk baxışda göründüyü kimi sadə deyil". KİV-lər isə bildirir ki, Şapovalov əvvəlcə Azərbaycana uçmağı tələb edib, daha sonra fikrini dəyişib və Əfqanıstanı seçib. O, marşrutun niyə dəyişdiyini izah etməyib.
Virtualaz.org
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































