Ukraynanın Nikolayev şəhərində 19 yanvar saat 19:00 radələrində ağır yol qəzası baş verib.
Şəhərin "İnqul" mehmanxana-kafesi yaxınlığında içərisində 20 ton günəbaxan tumu olan "MAN" markalı maşınla "Kio Sorento" markalı avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili 40-50 metr kənarda olan xəndəyə düşüb və yanmağa başlayıb. Yük maşınında olan 20 ton günəbaxan tumu isə yola tökülüb.
Ərazidə çoxlu sayda maşın olsa da yanan maşından yaralıları çıxarmağa heç kim risk etməyib. Həmin vaxt ərazidən keçən azərbaycanlı qardaşlar – Umud və Sabir Şirinovlar yanan maşında ağlayan uşaq səsi eşidiblər. Dərhal avtomobilə yaxınlaşan qardaşlar həyatlarını riskə ataraq çətinliklə də olsa, əvvəlcə uşağı, sonra isə anasını və atasını avtomobildən çıxararaq oradan uzaqlaşdırıblar. Onlar gənc ailəni yanan maşından xilas etdikdən bir az sonra isə avtomobildə güclü partlayış olub.
Priexvli ailəsi xilas ediləndən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Şirinov qardaşları dərhal təcili yardım maşını ilə yaralıları xəstəxanaya çatdırıblar. Xoşbəxtlikdən uşaq xəsarət almasa da, gənc ana və atası bədənlərinin müxtəlif nahiyələrindən yaralanıblar. Şirinov qardaşları bu günə qədər ailəyə yardım göstərirlər.
Qeyd edək ki, qəhrəmanlıq göstərən Şirinov qardaşları Ukrayna Azərbaycanlıları Konqresinin üzvləridilər.
Metbuat.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































