Rusiyaya məxsus qırıcı-bombardmançı və raket daşıyıcı Ту-22М3 təyyarəsi Murmansk səmasında qəzaya uğrayıb.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ту-22М3 Moskva vaxtı ilə saat 13.40-da Oleneqorsk hərbi hava limanına enmək istəyərkən idarəetməni itirərək yerə çırpılıb. Təyyarədə olan 4 nəfər ekipaj üzvündən ikisinin həlak olduğu ehtimal edilir. Hazırda hadisə yerində xilasetmə əməliyyatı həyata keçirilir. Xatırladaq ki, bir neçə gün əvvəl Uzaq Şərqdə Rusiya hərbi hava qüvvələrinə məxsus iki Su-34 qırıcı bombardmançı təyyarəsi toqquşmuş və nəticədə iki pilot ölmüş, biri itkin düşmüşdü. Qəzadan yalnız bir nəfər sağ qurtara bilmişdi.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































