Şəki rayonunda yol qəzası baş verib.
Hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini, 25 yaşlı Tərlan Fərid oğlu İsgəndərov idarə etdiyi 55 BT 367 dövlət qeydiyyatı nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi şəhərin giriş qapısına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - Şəki rayon sakini, 69 yaşlı Qərib Hacıyev qabırğaların çoxsaylı sınığı diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın kəskin duman və yolun sürüşkən olması səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. (report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































