Gecədən başlayan güclü külək Bakı sakinlərini təşvişə salıb.
Paytaxt mağazalarında artıq çörək qıtlığı yaranıb.
Şəhər sakinləri, demək olar ki, mağazalardakı bütün çörəkləri və digər un məmulatlarını alıb.
ATV xəbər"in aparıcısı Pərvin Əsgərli də supermarketlərin birində üzləşdiyi mənzərədən çox təəccüblənib. O, marketdəki boş çörək rəflərinin şəklini çəkərək bunları qeyd edib:
"Saat 9:30. Marketlərdə vəziyyət belədir. Çörək almaq istədim, tapmadım. Satıcı deyir ki, hələ o biri şöbələrdə şamlar da qalmayıb. Hamısı alınıb. Əzizlərim, sadəcə hava bir az sərt keçəcək. Bu qədər israfa ehtiyac yoxdur, fikrimcə".(baku.vvs)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































