Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 600 m² olan dördmərtəbəli 12 otaqlı evin 1-ci mərtəbəsində yerləşən hamam otağının taxtadan ibarət üzlüyü 3 m² sahədə yanmış, yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 3 m² sahədə və evin giriş hissəsində 2 ədəd məişət avadanlığı ərimişdir.
Mediainfo.az-a FHN-dan verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Samux rayonunda ümumi sahəsi 270 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bərdə rayonunun Bala Ərəblər kəndində ümumi sahəsi 35 m2 olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları 17 m2 sahədə və içərisində 1 ədəd məişət avadanlığı yanmışdır. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































