Tbilisidə 26 yaşlı gənc qadın qrip virusunun qurbanı olub. O, Tbilisidəki Quduşauri Milli Tibbi Mərkəzində müalicə edilirdi.
Bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib. Onun sözlərinə görə, qadın bir neçə gün öncə dünyaya uşaq gətirib. Hələlik onun H1N1 (donuz qripi) virusundan ölməsi laboratoriyada təsdiq edilməsə də, həkimlər qadının qripdən müalicə olunduğunu bildiriblər.
Xatırladaq ki, Gürcüstanda son bir ayda 15 nəfər donuz qripindən həyatını itirib. Mütəxəssislərin fikrincə, onların ölümünə əsasən həkimə gec müraciət etmələri səbəb olub.
Gürcüstanın səhiyyə naziri David Sergeyenko bildirib ki, bu gün ölkə xəstəxanalarında 640 nəfər qrip virusundan müalicə alır. Onlardan 42-si reanimasiya şöbəsindədir. Həmin xəstələrin müalicə xərclərini dövlət öz üzərinə götürüb(.azərtac)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































