Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

Fransa sahillərində Almaniyaya aid sualtı qayıq tapılıb

Fransanın şimalında, Vissan şəhəri yaxınlığında Birinci Dünya müharibəsinə aid UC-61 alman sualtı qayığının qalıqları tapılıb.

Bu barədə "Report" "La Voix du Nord" nəşrinə istinadən xəbər verir.

Qəzetin məlumatına görə, sualtı qayıq dənizdə güclü çəkilməsayəsində aşkar edilib. UC-61 1917-ci ilin iyulunda suyun dayaz yerində ilişib.

"O, burada sahilə "oturub", çünki bu, mina gəmisi idi. Onun vəzifəsi minaları təyin etməkdən ibarət idi" – deyə qəzet bildirib.

Həmin vaxt sualtı qayığın 25 nəfərlik heyət üzvü təxliyyə edilib. Sualtı qayıq partladılıb ki, düşmənin əlinə keçməsin.

Daha əvvəl ABŞ-ın Miçiqan gölündə çimən iki qız Birinci Dünya Müharibəsindən qalmış bomba tapıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az