Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.
Report-un xəbərinə görə, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.
Yanğının başvermə səbəbləri araşdırılır.
***
Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?



















































