Bakıda magistral su xəttində qəza baş verib.
Bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı trend-ə açıqlamasında deyib.
O bildirib ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Motodrom" yaşayış massivi adlanan hissədə baş verib: "Magistral su kəmərində qəfil qəza baş verib. Dərhal "Azərsu"nun qəza briqadası hadisə yerinə cəlb edilib, su kəsilib. Hazırda bərpa işləri davam etdirilir. Günün sonuna qədər bərpa işləri başa çatdırılacaq".
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında baş verib.
Nəticədə Bakı Beynəlxaq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basıb, yolda avtomobillərin hərəkəti çətinləşib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































