Son bir ay ərzində Gürcüstanda 6 nəfər "donuz qripi"ndən (H1N1 virusu) dünyasını dəyişib.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edib.
"Hazırda laborator yoxlamalar nəticəsində Gürcüstanda "donuz qripi"nə 144 yoluxma halı qeydə alınıb. Virusa yoluxanlardan 6-sı dünyasını dəyişib" – Qamkrelidze bildirib.
Onun sözlərinə görə, Gürcüstanda xəstəliyə yoluxma dinamikası azdır, lakin ötən illə müqayisədə xəstəliyin kəskinləşməsi hallarına artıq daha çox rast gəlinir.
"Əhalinin 100 min nəfərindən 227-sində qrip virusu qeydə alınıb ki, bu göstəricilər norma çərçivəsindədir. Biz epidemiyanın pik səviyyəsindən uzaqdayıq. Epidemioloji sərhəd 500 nəfərdir". Azvision.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































