Uşaqlar üçün keçirilən yeni il şənliyində istifadə edilən pirotexniki vasitəsi az qala faciəyə səbəb olacaqdı. Belə bir görüntü sosial şəbəkələrdə paylaşılıb. Görüntünün hansı ölkədə çəkildiyi bilinməsədə bu mövzu bizim üçünda aktualdır. Çünki, qadağan edilməsinə baxmayaraq hələ də küçələrdə prioxteniki vasitələrinin satılmasına rast gəlinir və təlabat da kifayət qədərdir.
Uşaqlar üçün keçirilən yeni il şənliyində düzgün istifadə edilməyən priotexniki vasitə ortalığı biri-birinə qatır. Övladlarının bayram şənliyini izləyən valideynlərdə bir anda tüstü və qığılcımın içində qalırlar.
Görüntülərin dəqiq olaraq hansı ölkədə çəkildiyi bilinməsədə ölkəmizdə də prioxteniki vasitələrin istifadəsi geniş yayılıb.Bu günlərdə xüsusi ilə insanların sıx toplaşdığı yerlərdə belə vasitələrin satışını görmək olur.Əsasən metro stansiyaların yaxınlıqında belə vasitələrin satışı rahatlıqla həyata keçirilir.Piştaxtalara yaxınlaşdıqda isə satıcılar qaçaraq aradan çıxırlar.
Amma görününən odur ki, valideynlərdə belə vasitələri uşaqlarını almaqdan çəkinmirlər.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevdə priotexniki vasitələrin ölkəmizdəsatışının qadağan olunduğunu bildirir və kustar üsulla hazırlanan belə vasitələrin insanda qalıcı fəsadlar törədə biləcəyini bildirir.
Bəzi hallarda uşaqlar belə vasitələri valideyndən xəbərsiz şəkildə alaraq evlərdə gizlədirlər ki, yüksək temperaturdan və yaxudda alova yaxınlaşdırdıqda bu vasitələr yanğına da səbəb ola bilər.
xezerxeber.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































