İranın 15 vilayəti, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Çahar-Mahal və Bəxtiyari, Xuzistan, Simnan, Zəncan, Qəzvin, Kürdüstan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Lorestan, Mazandaran və Həmədan vilayətini qar və çovğun bürüyüb.
Bunu İranın Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi deyib.
Onun sözlərinə görə, ötən 2 sutkada 4430 nəfərə yardım edilib, 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.
İranın Qərbi Azərbaycan Təlim-Tərbiyə Baş İdarəsinin ictimai əlaqələr şöbəsinin müdiri Mehdi Məhəmmədpur qarın Qərbi Azərbaycan vilayətinin 4 rayonunda məktəblərin bağlanmasına səbəb olduğunu deyib.
Qar və çovğun nəticəsində Ərdəbil vilayətinin 7 şəhərində də məktəblər bağlanıb.
İranın Şərqi Azərbaycan vilayəti yolları qarının təmizlənməsi üzrə məsul şəxsi Qulamrza Rəsulzadə deyib ki, ötən gecə qar yağması nəticəsində vilayətin 600 kəndi ilə əlaqəsi kəsilmişdi. Yol idarəsi əməkdaşlarının səyi nəticəsində 200 kəndlə əlaqə bərpa edilib. Trend
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































