Oğuz rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb.
Hadisə ötən gün axşam saat 19:30 radələrində Oğuz-Bayan avtomobil yolunda baş verib.
Oğuz şəhər sakini, 1971-ci il təvəllüdlü Kərim Kərim oğlu Kərimovsükanı arxasında əyləşdiyi minik avtomobilinin idarəetməsini itirərək maşını yolun kənarındakı ağaca vurub. Nəticədə K.Kərimov və avtomobildə sərnişin qismində olan ailə üzvüləri - 1976-cı il təvəllüdlü həyat yoldaşı Sevinc Nadir qızı Kərimova, 2003-cü il təvəllüdlü övladı Aysel Kərimova xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssəsindən "Report"a bildirilib ki, yaralılardan Sevinc və Ayselin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. K.Kərimovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































