ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
Misirin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Qahirədə turist avtobusunda törədilən terror aktı Vyetnamdan olan iki turistin, misirli gid və sürücünün ölümü, habelə 12 nəfərin yaralanması ilə nəticələnib.
Hadisə avtobus Giza ehramları yaxınlığından keçərkən yolda qoyulmuş əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.
Misirin Baş Prokurorluğunda əcnəbi turistlərə qarşı terror aktının törədilməsi işi üzrə cinayət işi açılıb. Ölkənin Baş naziri Mustafa Madbuli xəstəxanaya yerləşdirilmiş yaralılara baş çəkib. Onlardan ikisinin vəziyyəti ağırdır.Azərtac