Rusiyanın Xabarovsk diyarının Nikolayev rayonunda 11 nəfər qar uçqunu altında qalıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsinə istinadən RİA "Novosti"yə məlumat yayıb.
Onun sözlərinə görə, şənbə günü səhər FHN-ə Nikolayev rayonunun Mnoqoverşinnı qəsəbəsində dağ-mədən müəssisəsindəki açıq tipli mədən dəhlizində 11 nəfərin qaç uçqunu altında qalması barədə məlumat daxil olub.
FHN nümayəndəsi bildirib ki, əvvəlcə qar uçqununa bir nəfər düşüb, ardınca ikinci uçqun baş verib və daha 10 nəfər onun altında qalıb.
Hazırda ərazidə xilasetmə işləri aparılır.
Bu ilin martında İsveçrədə qar uçqunu nəticəsində bir qrup turist itkin düşmüşdü. (report)
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































