Bu gecədən başlayaraq Rusiyanın ikinci paytaxtı hesab edilən Sankt-Peterburqa yağmağa başlayan güclü qar şəhərdə ciddi fəsadlara yol açıb. Yağan qarın güclü çovğun və şiddətli şaxtalarla müşahidə olunması isə əlavə çətinliklər ortaya çıxarıb.
Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, yollarda baş verən buzlaşma avtomobil qəzalarına yol açıb. Onlarla avtomaşın qəzası qeydə alınıb. Qəzalar nəticəsində ölən və yaralananlar var. Güclü qar yağması və dəhşətli şaxtalarla əlaqədar Peterburqda fövqəladə vəziyyət elan edilib. 900-dən artıq maşın küçələrin qardan təmizlənməsi ilə məşğul olur. Əhalinin istiliklə və elektrik enerjisi ilə təmin edilməsi üçün fövqəladə hallar nazirliyi tərəfindən bir-sıra tədbirlər həyata keçirilir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































