Dekabrın 22-də axşam saatlarında İndoneziyada baş verən sunami nəticəsində azı 43 nəfər həlak olub.
Yerli vaxtla saat 21:30 radələrində nəhəng dalğa Yava və Sumatra adaları arasındakı körfəzə, əhalinin sıx yaşadığı Zond rayonuna çatıb. Təbii fəlakət nəticəsində 584 nəfərin xəsarət aldığı bildirilir.
İndoneziya Təbii Fəlakətlərlə Mübarizə Agentliyi hadisənin baş verməsi səbəblərini araşdırır. Həmin vaxt ərazidə heç bir güclü zəlzələnin baş vermədiyi bildirilir.
Təbii fəlakətin mümkün səbəbləri kimi, adadakı vulkan fəallığı və bütün Ayın görünməsi ilə əlaqədar yaranan nəhəng dalğalar göstərilir.(azərtac)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































