Moskva metrosunun "Taqanskaya " stansiyasında 4 sərnişin polisə hücum edərək onu döyüblər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə TASS-a Moskva şəhər polis idarəsindən bildiriblər. Hadisə ötən gün gecə baş verib. Metroda xidməti vəzifəsini həyata keçirən polis baş serjantı 4 nəfərin ictimai qanun-qaydanı pozduğunu görüb və onlara xəbərdarlıq edib. Cavabında onlar polis baş serjantına hücum edərək onu döyüblər. Polis baş serjantının köməyinə onun yoldaşları gəliblər. Nəticədə iki nəfəri saxlamaq mümkün olub, digər iki nəfər isə qaçaraq gizlənə bilib. İndi saxlanılan iki nəfəri 5-7 il həbs cəzası gözləyir.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































