Bu barədə Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişinə çıxan qaynana Laçın Mədirova bildirib.
O vurğulayıb ki, oğlu Həsənin 25 yaşı olanda Göygöl rayonunda yaşayan qardaşı qızı ilə evləndirib:
"Onlar 5 il bir yerdə yaşadılar. Oğlumun 29 yaşı olanda birdən-birə mədəsində problem yarandı. Xəstəxanaya aparanda "Təcili əməliyyat olunmalıdır" dedilər. Oğlum əməliyyatdan sağ çıxmadı. Gəlin çox yaxşı idi. Münasibətlərimizdə problem yox idi. Anası gələndən sonra problemlər yaşanmağa başladı. Gəlin 6 aylıq hamilə idi. Qızın anası mənə dedi ki, qızımı aparacağam. O, qızını abort elətdirib ərə verməyə apardı. Mən də dedim uşaqların heç olmasa birini ver ki, oğlumun qoxusunu ondan duyum.
Gəlin məni aldatdı ki, mən heç bir yerə getmirəm. Anama bilet almışam evinə göndərirəm. Mən də rahat olub işə getdim. Axşam saat 8-də evə gələndə gördüm ki, seyfi qırıb, oğlumun nə qədər pulu, qızılı və əşyası varsa oğurlayıb aparıblar. Oğlum yaxşı qazanırdı, biznesmendir. Onlar ana-bala Xaçik adlı ermənini evində gizlənmişdilər. Mən qardaşımın qızı olduğuna görə polisə vermədim. Hər il onlarla görüşürdüm. Amma sonradan onlardan xəbər ala bilmədim.
Uşaqlar Qazaxıstan, gəlin isə Azərbaycan vətəndaşıdır. Uşaqlar mənim himayəmdə idi. Onlar uşağı hansı yolla oğurlayıb gətiriblər, bilmirəm. Mən oğlumun qəsdən zəhərlənə biləcəyindən şübhələnirəm. Çünki oğlumun 40 mərasiminə 3 gün qalmış qaçdı. Erməni ər-arvad onları necə yola salıb, xəbərim olmadı". /big.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































