Rusiyanın Novosibirsk vilayətinin Toquçin şəhərində yaşayan azərbaycanlı ailənin 4 üzvü itkin düşüb.
"Report"un Rusiya bürosunun məlumatına görə, bunlar 2000-ci il təvəllüdlü Rüstəmov Ruslan Rüstəm oğlu və 2002-ci il təvəllüdlü Rüstəmov Vadim Rüstəm oğlu qardaşları, onların ögey bacıları 2011-ci il təvəllüdlü Rüstəmova Ruslana Rüstəm qızı, qardaşların analığı Vorontsova Nataliya Qriqoriyevnadır.
Şəhərə bitişik qəsəbələrin birində yaşayan ailə üzvləri dekabrın 14-də qonaq getdikləri Tatarsk şəhərindən geri qayıdarkən onlarla əlaqə kəsilib. Onların üzərlərindəki telefonların da yerini müəyyən etmək mümkün deyil. Ailənin başçısı Rüstəm Rüstəmov uzun müddətdir Rusiyada yaşayır və bizneslə məşğuldur.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































