2018-ci ildə dünyada öldürülən jurnalistlərin sayı 80 nəfər olub ki, bu da ötən ildəkindən 15 nəfər çoxdur.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatının hazırladığı hesabatda deyilir: "2018-ci ildə 80 jurnalist öldürülüb, bu da ötən ildəkindən 15 nəfər çoxdur. Professional fəaliyyəti ilə bağlı 348 KİV əməkdaşı saxlanılıb, 60 nəfər isə girov götürülüb".
Bundan əlavə bu il 3 jurnalıst müxtəlif şəraitlərdə itkin düşüb. Ən böyük hay-küyə səbəb səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsi olub. Ondan əvvəl, bu ilin fevral ayında isə Aktuality.sk nəşrinin reportyoru Yan Kutsiakın sifariş əsasında öldürülməsi beynəlxalq aləmdə böyük rezonans doğurub.
Ekspertlərin fikrincə, juranlistlər üçün ən təhlükəli ölkə Əfqanıstan, Suriya və Meksikadır. Bu il Əfqanıstanda 15, Suriyada 11, Meksikada isə 9 jurnalist öldürülüb. ABŞ-ın adı da jurnalistlər üçün təhlükəli olan ölkələr siyahısındadır. Belə ki, bu ilin iyun ayının sonlarında Merilend ştatındakı Annapolis şəhərindəki Capital Gazette qəzetinin redaksiyasına daxil olan amerikalı oradakılara atəş açaraq 5 nəfəri öldürüb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































