Bakıda sürücü özünə və polisə yanıq xəsarəti yetirdi

Bakıda sürücü özünə və polisə yanıq xəsarəti yetirdi

Paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan "QAZ-31" markalı, "10-NR-899" dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu üçün, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Report-a açıqlamasında məlumatı təsdiqləyib.

O, bildirib ki, avtomobil daşıdığı yüklə yol boyu digər hərəkət iştirakçılarına maneə yaradıb:

"Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsindən imtina etməklə, avtomobilin baqajında plastmas qabdakı yanacağın benzin olduğunu bildirərək, kirbit çıxarmaqla özünü yandıracağını deyib. O, özünü yandıranda polis əməkdaşları bunun qarşısını alıblar. Sürücünün əynində yanan paltarlar çıxarılıb və Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynunda və sağ əlinin dərisinin yanığı qeydə alınıb. Hadisə zamanı yol polisi əməkdaşı da yanıq xəsarəti alıb".

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az