Dekabrın 6-sı axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində ikimərtəbəli yaşayış evində partlayış baş verib.
Qaz sızması səbəbindən baş verən partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarətlər alıb. Yaralılar 43 yaşlı Xudat şəhər sakini David Əlimuradov və onun bibisi Sumqayıt şəhər sakini 56 yaşlı Qətibə Teymurova təcili-tibbi yardım maşını ilə XaçmazRayon Mərkəzi Xəstəxanasına çatdırılblar.
İlkin tibbi yardımdan sonra vəziyyəti ağır olan D.Əlimuradov Bakı şəhərində yerləşən tibb müəssisəsinə göndərilib. Yaralı partlayış zamanı bədəninin bütün hissələrindən yanıq xəsarətləri alıb. Q.Teymurova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisə baş verən zaman Davidin anası Dəstəgül Əlimuradova da evdə olub. Onun sözlərinə görə, yataq otağında olan oğlu alışqanı yandıran zaman anidən partlayış baş verib. Partlayşın gücündən divarlara, pəncərələrə və evdəki bütün məişət avadanlıqlarına ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.AzərTac
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































