Hacıqabul rayonunda baş verən yol qəzasında idarə müdiri ölüb.
Hadisə Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş verib.
"Mercedes" markalı 10 ZP 030 dövlət nömrə qeydiyyatlı avtomobil əsas yola çıxan "VAZ 21015" markalı 99 BC 437 dövlət nömrə qeydiyyatlı avtomobilə çırpılıb.
Nəticədə "VAZ"ın sürücüsü - Hacıqabul rayon Yaşıllaşdırma idarəsinin müdiri 1980-ci il təvəllüdlü Hüseynov Amil Eyyub oğlu aldığı kəllə-beyin travmasından hadisə yerində ölüb.
Faktla bağlı Hacıqabul Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































