Rusiyanın Nadım şəhərində azərbaycanlılar arasında silahlı insident baş verib. Nəticədə 1 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
"Malo Yamala" teleqram-kanalının xəbərinə əsasən, biznes sahəsinə görə kriminal qruplaşmalar arasında insident baş verib. Qeyri-rəsmi məlumatlara əsasən, qruplaşmalardan birinə liderlik edən Aqşin Həsənov qətlə yetirilib. Sərbəst güləş üzrə iki məşqçi-Yalçın və Mais Məmmədovlar isə xəsarət alıb.
Yerli KİV-in xəbərinə əsasən, hüquq-mühafizə orqanları artıq silahlı atışmada iştirak edənlərin şəxsiyyətini müəyyən edib. Hadisə yeri isə şəhər vergi idarəsi yaxınlığında yerləşir. Hazırda istintaq gedir və şahidlər axtarılır.
ölkə.az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































