Berlində keçirilən Alman İslam Konfransının iştirakçılarına qəlyanaltı qismində donuz ətindən kolbasa təqdim olunub.
Oxu.Az Die Welt nəşrinə istinadən xəbər verir ki, konfrans iştirakçılarının bəziləri bunu müsəlmanlara hörmətsizlik kimi qəbul ediblər.
"Daxili İşlər Nazirliyi bununla nə demək istəyir? Donuz ətini yeməyən müsəlmanlara bir qədər hörmətlə yanaşmaq da olardı", - deyə konfransda olan jurnalistlərdən "Twiter"də yazıb.
Konfrans iştirakçılarına 13 növ qəlyanaltı təqdim olunub. Donuz kolbasası siyahıda olmayıb.
Almaniya Daxili İşlər Nazirliyi konfrans iştirakçılarından üzr istəyib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































