Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi itkin düşüb.
Bu barədə Oxu.Az saytına tələbənin bibisi 1963-cü il təvəllüdlü İsmayılova Qumru məlumat verib.
O bildirib k, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Ayza Şahin qızı Məmmədovadan 22 noyabr səhər saat 08:00-dan sonra xəbər ala bilməyib:
"Dünən Ayzanı universitetə yola salmışam. Bakı Dövlət Universitetinə getmək adı ilə evdən çıxıb. Həmişə saat 3-4 arası evdə olurdu. Axşam saat 06:00-a qədər gözlədim, gəlmədi. Sonra baxdım ki, evdə bəzi əşyaları - kompüteri, kosmetika əşyaları yoxdur.
Mən də yoldaşımla polisə müraciət etdim. Xəbər aldıq ki, bu adla Rusiyaya bilet alınıb. Atası, anası orada yaşayır. Qardaşımla əlaqə saxladım, onların da yanında deyil. Onlar da Rusiyada axtarışa veriblər. Xahiş edirəm, kömək edin".
BDU-dan verilən məlumata görə, Ayza Məmmədova dərsdə iştirak etməyib və dərsdə iştirak etmədiyinə dair jurnalda adının qarşısına "q" yazılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalara başlanılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































