Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq ondan kömək istəyən smolenskili gənc qız sonda hər şeydən əlini üzərək özünü öldürüb.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 14 yaşlı qız Putinə məktubunda kasıb yaşadıqlarından, güclə dolandıqlarından, gözləri zəif gördüyündən, daim uşaqlar tərəfindən ələ salındığından şikayətlənərək ondan kömək istəyib. Ancaq ona kömək əvəzinə bu məktuba görə qızın xəstəxanada texniki işçi işləyən anası rəhbərlik tərəfindən cəzalandırılıb. Bütün bunlar da gənc qıza ağır təsir edərək onu intihara sürükləyib. Ölümündən əvvəl sosial şəbəkədə gənc qız hamını ətrafındakılara münasibətdə qəddarlıqda günahlandırıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































