Türkiyənin Kosovodakı səfiri Qıvılcım Kılıc paytaxt Priştinadan Gilan şəhərinə gedən yolda zəncirvari yol qəzasına düşüb. Qəza zamanı 3 nəfər ölüb, səfir də daxil olmaqla 7 nəfər xəsarət alıb.
Bu barədə ölkə prezidenti Haşim Taçi öz "Facebook" səhifəsində yazıb.
Qəzadan sonra xəstəxanaya gedən Kosovonun xarici işlər naziri Əkrəm Mustafa hadisə zamanı 3 maşının toqquşduğunu, yaralı 7 nəfərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.
Səfirin vəziyyətinin yaxşı olduğunu deyən XİN başçısı, onun sağ qolundan xəsarət aldığını diqqətə çatdırıb.
Kosovo mətbuatının yazdığına görə, ölənlərin hamısı 22, 65 və 88 yaşlı yerli vətəndaşlardır. Report
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































