Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan (hər mərtəbəsi 1200 m²-dir, 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb, 1-ci mərtəbədə 45 saylı orta məktəb fəaliyyət göstərir) üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.
Mediainfo.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Hadisə zamanı 10 nəfər bina sakini xilas olunub, 100 nəfər şagird və 50 nəfər bina sakini təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































