Almaniyada uzun zamandır işsiz olan 51 yaşındakı mühacir türk Şükriye Başol yerdən tapdığı 10 min avronu polisə verib.
AzEuroNews.com xəbər verir ki, Almaniyanın Münhen şəhərində bir banka gedən Ş.Başol yerdən bir zərf tapıb. Zərfi açınca içində pul olduğunu görən Ş.Başol yaxınlıqdakı dəftər-kitab ləvazimatları satılan bir mağazaya gedərək satıcıdan polisə zəng vurmasını xahiş edib.
Daha sonra polislə idarəyə gedən türk qadın tapdığı pulları onlara təslim edib. Polisdən bildirilib ki, zərfin içində 10 min avro olub.
Polislər Şükriye Başola bu addımına görə minnətdar olduqlarını bildiriblər.
51 yaşındakı qadın isə, "Mən sadəcə bir insan olaraq vəzifəmi yerinə yetirdim" deyib.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































