Moskva sirkində leopard gözlənilmədən 4 yaşlı qıza hücum edib.
Mediainfo.az-ın verdiyi məlumata görə hadisə Moskvadakı Bəzəkli bulvarda yerləşən sirkdə baş verib. Valideynlərinin və müəllimlərinin iştirakı ilə sirkə gələn şagirdlər foyedə ekskursiya rəhbərini gözləyiblər. Həmin an onların yanından pələnc və leopardla iki dressirovşik keçib. Bu vaxt gözlənilmədən leopard 4 yaşlı qıza hücum edib. Uşağı leopardın əlindən zorla alıblar. Boynundan yara alan uşağı təciili xəstəxanaya çatdırıblar. Onun vəziyyəti orta-ağır olaraq qalmaqda davam edir. Hazırda hüquq-mühafizə orqanları baş verən hadisəni araşdırırlar.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































