ANAMA əməkdaşı Xocalıda minaya düşüb
10 Sentyabr 10:46
İordaniyada təbii fəlakət böyük fəsadlara yol açıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, aramsız yağan güclü yağışlar 12 nəfərin həyatına son qoyub. Ölkənin bəzi yaşayış məntəqələri su altında qalıb, nəticədə on minlərlə insan öz yurd-yuvasını tərk etməyə məcbur olub. Təbii fəlakətdən ən çox zərər çəkən turizm mərkəzi hesab edilən Petra şəhəri olub. Su daşqınları səbəbindən 4 mindən artıq adam Petra şəhərini tərk edərək daha təhlükəsiz yerlərdə məskunlaşıb. Yaranmış ağır vəziyyətlə əlaqədar ordu və müvafiq qurumlar təbii fəlakət bölgəsindən insanları təhlükəsiz yerlərə köçürmək üçün tədbirlər həyata keçirirlər.