Bakıda 8 saylı şəhər poliklinikasında 8 nəfər zəhərlənib.
Bakının Nərimanov rayonunda yerləşən 8 saylı şəhər poliklinikasının binasına qaz iyinin daxil olmasından sonra 8 nəfər xəstəxana işçisi zəhərlənib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov faktı təsdiq edib. O bildirib ki, xəsətəxanada qəfildən dəm qazının qoxusu gəlib:
"Eyni zamanda, poliklinika qazlaşdırılmış bina deyil.
Ona görə də təlimata uyğun olaraq xəstəxananın bütün həkim heyəti və bütün xəstələr təxliyyə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.
Hazırda binanın içərisində dəm qazı qoxusunun haradan daxil olduğu araşdırılır". "
Poliklinikanın 7 həkimi və bir müsahibi zəhərlənmə diaqnozu ilə Toksikologiya şöbəsinə yerləşdirilib. Onların mədələri yuyulub və evə buraxılıb" deyə, Pərvbiz Əbubəkirov qeyd edib.
Hazırda faktla bağlı araşdırma aparılır.(a24az)
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































