Avstriyanın Karintiya və Şərqi Tirol bölgələrində oktyabrın 30-da baş verən qasırğa və leysan yağışlar böyük dağıntılara səbəb olub.
Leysan yağışlar nəticəsində Gayl, Möll və Drau dağ çaylarında suyun səviyyəsi qalxsa da, güclü daşqınlar baş verməyib. Ekspertlərin son yüz ilin ən güclü daşqınlarının olacağı barədə verdikləri proqnozlara baxmayaraq, dağ çayları məcralarından ehtimal olunan dərəcədə çıxmayıblar.
Baş vermiş təbii fəlakət nəticəsində on mindən artıq mənzil enerjisiz qalıb, bəzi ərazilərdə dəmir və avtomobil yollarında hərəkət dayanıb.
Saatda 180 kilometr sürətlə əsən külək fövqəladə hallar orqanlarının işində çətinliklər yaradıb. Bununla belə rəsmi qurumlar vəziyyəti kafi dəyərləndiriblər, Avstriyanın Karintiya əyalətində gözlənilən çay daşqınlarının baş verməməsi dəymiş zərərin yüksək olmayacağını göstərir. Zaltsburq, Karintiya və Şərqi Tirolda yerli qurumlar qasırğanın vurduğu fəsadları aradan qaldırmağa başlayıblar.(azərtac)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































