Kanadada ana və oğlu 31 il sonra görüşə biliblər.
Linet Mann-Lyuisin 2 yaşlı uşağı 1987-ci ildə qadının əri tərəfindən oğurlanıb. Alan Mann oğurladığı körpə ilə birlikdə ABŞ-a köçməyə və saxta sənədlər hazırlamağa nail ola bilib. Atası oğluna anasının öldüyünü deyib.
Lakin ata 31 il sonra ABŞ qanunvericiliyinin çoxsaylı pozuntularında ittiham olunub və araşdırmalar zamanı onun Kanadada uşağın itkin düşməsi faktı üzrə axtarışda olduğu üzə çıxıb. Kişi Kanadaya ekstradisiya olunacaq və məhkəmə qarşısına çıxarılacaq.
Linet Mann-Lyuis 31 il ərzində ilk dəfə oğlunu görüb. O, etiraf edib ki, oğlu ilə görüşdən əvvəlki anlar onun həyatında ən həyəcanlandırıcı olub. ( report)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































