Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrə saqqal saxlamaq qadağan edilib.
Bu barədə SDU-nun bir qrup tələbələri tərəfindən daxil olan məlumatda deyilir.
Bildirilir ki, universitetdə tələbələrə saqqal saxlamaq bir müddətdir ki, qadağan edilib. Buna görə də onlar dərsə buraxılmırlar. Eyni zamanda, saqqal saxlayan tələbələrin auditoriyaya buraxılmaması və onlara qaib yazılması göstərişi verildiyi bildirilir. Bunun üçün də tələbələr sözügedən qadağaya etiraz etdiklərini bildirirlər. Onların sözlərinə görə, məlum qadağa yeni tədris ili başlanandan sonra daha sərt şəkildə qüvvəyə minib. a24Az
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































