Bakı şəhər Baş Polis İdarəsi və Şəhər prokurorluğu avtobusun piyadanı vurub öldürməsi hadisəsi barədə rəsmi məlumat yayıb.
Oktyabrın 19-da saat 11:30 radələrində paytaxtın Sabunçu rayonu ərazisində Zaur Quliyevin 131 saylı marşrut xətti üzrə idarə etdiyi General Avtocompany MMC-yə məxsus "Daevoo BS 090" markalı 90 TH 257 dövlət qeydiyyat nişanlı avtobusu yolun sağ tərəfində saxlayıb sərnişin düşürdükdən sonra avtobusu arxaya doğru hərəkət etdirərkən piyada keçidində yolu keçmək istəyən 1998-ci il təvəllüdlü Aysel Məmmədovanı vurub üzərindən keçərək ölümünə səbəb olmasına şübhələr üçün əsaslar müəyyən edilib.
Fakta görə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib.
Z.Quliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı avtobusun sürücüsünün narkotik vasitələrdən istifadə etməsi müəyyən edildiyindən sürücünün sərnişin daşıma ilə məşğul olmasına şərait yaratmış General Avtocompany MMC-nin vəzifəli şəxsləri barəsində Bakı şəhər prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































