Bu gün saat 09 radələrində Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Mayakovski və Çernyayevski küçələrinin kəsişməsində "Bakubus" MMC-yə məxsus olan və 2 saylı marşrut xətti üzrə hərəkət edən "İveco Urbanway" markalı avtobusla "VAZ 21015" və "Mercedes Vito" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, "VAZ 21 015" tamamilə yararsız vəziyyətə düşüb. Sərnişin avtobusu və "Mercedes Vito"ya da ciddi ziyan dəyib.
Hadisə nəticəsində avtobusdakı bütün sərnişinlər düşürülüb və Çerniyayevski küçəsində nəqliyyatın hərəkəti dayanıb.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































