Bakının mərkəzində yol çökdü

Bakının mərkəzində yol çökdü

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

"Ölkə.Az"ın məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

"Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb".

Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

Binanı inşa edən şirkətin – "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə jurnalistlərə bildirib ki, yolun çökməsi yağışın yağması ilə əlaqəlidir:
"Şirkət tərəfindən tikinti boyunca istinad divarı çəkilib. Fikrimizcə, piyada səkisinin çökməsi yağış sularının borular vasitəsilə axıdılması və müəyyən qədər torpağı yumasıdır. Nəticədə bu cür hadisə baş verib".

"Yəni, yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur", - şirkətin icraçı direktoru Nuran Həsənzadə deyib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yollarının mətbuat xidməti Anar Nəcəfli yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinin həyata keçirildiyini bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az