Zaqatala rayonunda yırtıcı heyvan həyətə girərək ev sahibinə xəsarət yetirib.
Hadisə rayonun Muğanlı kəndi ərazisində baş verib.
Belə ki, gecə saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Çingiz Tanrıqulu oğlu Əhmədovun yaşadığı evin həyətinə çaqqal girib. Ev sahibi çaqqalı həyətdən qovan zaman yırtıcı ona hücum edərək onun bədəninin yuxarı ətrafını və barmaqlarını dişləyərək çeynəyib.
Qonşuların köməkliyi ilə Ç.Əhmədov yırtıcıdan xilas edilib və çaqqal öldürülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirlib ki, Ç.Əhmədova ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra nəzarət altında olmaq şərti ilə ambulator müalicəyə buraxılıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































