Bakıda küçədən körpə qız tapılıb.
Uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib.
Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib.
Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə olduğu və qaraçı ailəsinə məxsus olduğu bəlli olub.
Özünü nənəsi kimi təqdim edən qadın, Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində olduğu deyib.
Lalənin nənəsi və qohumu uşağın oğurlanaraq dilənmək məqsədilə küçəyə atıldığını iddia edir. Onların bu iddiası bu gün "Səni axtarıram"da araşdırılacaq.
Artıq məsələ ilə bağlı hüquq mühafizə orqanları da iş aparır.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Lalənin ailəsinə qaytarılmayacağını deyir: "Yox, əsla düşünməyin ki, bu körpə ailəsinə qaytarılacaq! Laləni nəzarətsiz qoyduqlarına görə cavab verəcəklər"!

Baku.vvs
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































