Leysan yağışları nəticəsində baş verən daşqınlar Fransanın cənubundakı Od departamentində 13 nəfərin ölməsinə və 7 nəfərin də xəsarət almasına gətirib çıxarıb.
Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir: "Bir neçə saat ərzində Od departamentinin bəzi bölgələrinə 3 aylıq yağış norması yağıb. Saatda 100 kilometr sürətlə əsən külək çayların məcrasından çıxmasına səbəb olub. Əhali arasında itkilər var".
Hazırda Fransa xilasediciləri müxtəlif təyinatlı ağır texnikanın, o cümlədən 8 vertolyotun yardımı ilə daşqınlardan zərərçəkən əhaliyə yardım göstərməyə çalışırlar. Baş nazir Eduar Filipp və Ekologiya naziri Fransua de Ryuji fəlakət zonasına getməyə hazırlaşırlar.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































