"Koroğlu" metrostansiyasının yaxınlığında Heydər Əliyev adına Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Iki eyni istiqamətdə hərəkət edən avtomobilin iştirakı ilə baş verən qəza yolda böyük tıxaca səbəb olub. Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik məlum olmasa da, hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.
Zərbənin şiddətindən avtomobillərin iksi də yolun əks istiqaməti üzrə dayanmışdı.
Qəza səbəbindən yolda böyük tıxac yaranıb. Hadisə günün pik saatında və yolda avtomobillərin çox olduğu zaman baş verdiyindən tıxacın uzunluğu Heydər Əliyev prospektinə qədər gedib. (axar.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?




















































